Zığ şosesində yük avtomobili aşaraq sıxlığa səbəb olub - VİDEO - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu Zığ-Beton yolunun kəsişməsində evakuatorun idarəetməni itirərək magistral yolda aşması nəticəsində yola yağ və yanacağın dağılması barədə məlumat daxil olub.1news.az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində avtomobilin aşması nəticəsində ətrafa dağılmış yağ və yanacaq yuyularaq mümkün yanğın təhlükəsi aradan qaldırılıb. 09:14Xətai rayonu, Zığ şosesi ilə İnqilab Hüseynov küçəsinin kəsişməsində yük avtomobili aşaraq yolda qalıb.1news.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığı aradan qaldırmaq üçün qaldırıcı kranlar əraziyə cəlb edilib. Hazırda polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.