RU

Oğlu Zaura şərt qoydu: Etməsən, efirə çıxmayacağam

ain.az, Milli.az portalına istinadən məlumat verir.

Zaur Kamalla oğlu Bartu Kamalın aparıcıları olduqları verilişdə dialoqları diqqət çəkib.

Milli.Az xəbər verir ki, oğul atasının qarşısına şərt qoyub.

Tele-aparıcının oğlu ad günü hədiyyəsi olaraq avtomobil istəyib. Bu, olmayacağı təqdirdə isə efirdən gedəcəyini söyləyib:

"Səninlə bir mövsüm işlədim, əziyyət çəkdim. Tamaşaçıların sevgisi ilə reytinq qazandıq. Bu mövsüm mənə avtomobil almasan, səninlə birgə işləməyəcəyəm. Ad günümə kimi maşın olmasa, verilişdən gedəcəyəm. Martın 9-da ad günümdür. Birinci gün elə səhnəni tərk edəcəyəm".

Zaur Kamal isə vəziyyətdən çıxış yolu axtararaq, sadəcə "baxarıq" cavabını verib.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
1
news.milli.az

4Источники