RU

Nyu Yorkun yeni meri Trampa səsləndi: “Bu şəhərdə korrupsiyaya son qoyacam”

Bizim media saytına istinadən ain.az xəbər verir.

Demokratlar partiyasının üzvü Zöhran Mamdani Nyu-York meri olaraq korrupsiyaya son qoyacağını və ABŞ prezidenti Donald Tramp və onun tərəfdarlarına qarşı çıxacağını vəd edib.

 

MÖVZU İLƏ BAĞLI: Son bir əsr ərzində Nyu-York şəhərinin ƏN GƏNC MERİ

Bizim.Media xəbər verir ki, bu barədə “New York Times” qəzeti yazıb.«Əgər Trampın tərəfdarı olan insanlara necə qalib gəlməyi göstərə biləcək birisi varsa, o da onu yetişdirən şəhərdir. Əgər despotu qorxuya salmağın bir yolu varsa, bu, onun hakimiyyətə gələ bilməsinə şərait yaradan səbəbləri məhv etməkdir. Beləliklə, biz yalnız Trampı deyil, ondan sonra gələnləri də dayandıracağıq», — deyə o tərəfdarlarına müraciət edərkən bildirib.Mamdani «Tramp kimi milyarderlerin vergidən yayınmasına imkan verən korrupsiyaya son qoyacağı» sözünü verib.

 

«Nyu-York immiqrantlar tərəfindən tikilmiş, immiqrantlar tərəfindən inkişaf etdirilən və indi immiqrant tərəfindən idarə olunan şəhət olaraq qalacaq”, deyə Mamdani vurğulayıb.

«Məni dinləyin, prezident Tramp», — O, Ağ Ev sahibinə müraciət edib — «Əgər siz bizə çatmaq istəyirsinizsə, bunu etmək üçün hamımızın arasından keçməlisiniz».Xatırladaq ki, Mamdani Uqandada dünyaya gəlib.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
41
1
bizim.media

10Источники