RU

“İndi deyirlər, bu, 2017-ci ildəki "Qarabağ" deyil”

"London küçələrində, bütün İngiltərədə hamı "Qarabağ"dan danışır".

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyənin məşhur futbol şərhçisi Ertem Şener deyib.

Onun sözlərinə görə, Ağdam təmsilçisi elə səviyyəyə çatıb ki, Premyer Liqa klublarının hamısı bu adın kimə məxsus olduğunu bilir:

"Çelsi" dünyanın ən varlı klublarından biridir. Klublararası dünya çempionatının qalibidir.

Amma indi deyirlər: "Qarabağ"la oynayacağıq, amma bu dəfə 2017-ci ildəki "Qarabağ" deyil.

Bu, "Benfika" ilə "Kopenhagen"i məğlub edən, "Atletik"lə (Bilbao) sonadək döyüşən "Qarabağ"dır".

Noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" oyunu saat 21:45-də başlayacaq.

Избранный
19
sportinfo.az

1Источники