RU

2026-cı ildə orta pensiya məbləği 7,9 % artacaq

Bakı. Trend:

2026-cı ildə əmək pensiyalarının ödənişi üzrə xərclərin proqnozgöstəricisi (cəmi 7992,88 mln. manat) 2025-ci ilintəsdiq edilmiş proqnoz göstəricisinə nisbətən10,85 faiz və ya 782,35 mln.manat çox nəzərdə tutulur.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq və Əmək və sosial siyasət komitələrin bugünkü birgəiclasında müzakirə olunan “Dövlət sosial müdafiə fondunun 2026-ciil büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, 2026-cı il üzrə proqnozların tərtibi zamanı əməkpensiyaları xərclərinin nominal əməkhaqqının gözlənilən artımtempinə uyğun indeksləşdirilməsi (1101,6*100/1009,2=109,2 faiz)nəzərə alınıb. Əmək pensiyalarının proqnozunun hesablanması zamanı2025-ci ilin sonuna pensiyaların aylıq məbləğinin602,0 mln. manat olacağı, eləcə də pensiyaməbləğlərində aylıq dəyişkənlik dinamikası nəzərə alınaraq 2026-cıildə pensiya xərclərinin 7992,88 mln. manat təşkiledəcəyi proqnozlaşdırılır.


İqtisadiyyat Nazirliyinin rəsmi məlumatı əsasında nominaləməkhaqqı üzrə 2025-ci ildə artım tempinin 9,2faiz təşkil etməsi nəzərə alındıqda 2026-cı ildə əməkpensiyalarının indeksləşdirilməsi ilə bağlı illik maliyyə yükününtəqribən 635,59 mln. manatadək olmasıgözlənilir.

Nominal əməkhaqqı üzrə göstərici dəyişəcəyi təqdirdə, pensiya vəbəzi məcburi dövlət sosial sığorta haqları hesabına ödənilənmüavinət növləri üzrə proqnozlaşdırılan xərc göstəricilərindədəyişikliklər mümkündür.

Belə ki, artım tempinin əlavə olaraq cəmi 1faizədək dəyişməsinin təkcə illik pensiya xərclərinə təsiritəqribən 72,0 mln. manat ətrafında gözlənilir.

Əmək pensiyaları üzrə illik xərclərin hesablanmasının əsasmetodoloji elementlərini aşağıdakı parametrlər təşkil edir:

Əmək pensiyalarının xərclərinin əvvəlki illə müqayisədə artımıəsasən aşağıdakı amillərlə bağlıdır:

  • indeksləşdirilmə ilə bağlı;
  • inventarizasiya ilə əlaqədar pensiyaların yenidənhesablanması;
  • “Əmək pensiyaları haqqında” Qanunun 37.3-cü bəndinə əsasən(pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və yaəmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidənhesablandığı gündən sonra 6 il işlədikdə);
  • il ərzində sistemə yeni daxil (yeni pensiya təyinatları) olmuşpensiyaçılar və həmin pensiyaçılara ödənilmiş pensiya məbləğləriilə il üzrə sistemdən çıxmış pensiyaçılar və həmin pensiyaçılarahesablanmış pensiya məbləğləri (ölüm, müddət bitməsi və s. iləəlaqədar pensiya ödənişinin dayandırılması halları üzrə) arasındamüsbət saldo;
  • “Əmək pensiyaları haqqında” Qanunun 20.17-ci bəndi üzrəmüraciətlə (təminat xərcliyinin 35-50 faizindən 80 faizinəçatdırılma) əlaqədar;
  • əlavə sənədlərin təqdim edilməsi ilə əlaqədar yenidən hesablama(əmək kitabçası, arxiv arayışı, əməkhaqqı arayışı və sair təqdimedilməsi halları üzrə müraciətlər zamanı);
  • qadınlara yaşa görə əmək pensiyası təyin edilməsi zamanı hər ilyaş həddinin 6 ay artırılması ilə bağlı tələbin 2027-ci ilin iyulun1-də başa çatması ilə əlaqədar pensiya sisteminə daxil olankontingent sayı artması və s.

Müvafiq amillərin təsirləri nəzərə alınmaqla 2026-cı ildə ortapensiya məbləğinin 2025-ci ildə gözlənilən 537,0manat məbləğindən təqribən 7,9 faiz artmaqla579,2 manat ətrafında məbləğ təşkil edəcəyiproqnozlaşdırılır.

Избранный
3
6
az.trend.az

10Источники