RU

"Çelsi" Bakıya bu futbolçularla gəlib

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Qarabağ”ın qonağı olacaq İngiltərənin “Çelsi” klubu Bakıya 23 futbolçu ilə gəlib.

"Unikal" xəbər verir ki, heyətdə yer alan oyunçulardan 3-ü qapıçı, 8-i müdafiəçi, 9-u yarımmüdafiəçi, 3-ü isə hücumçudur.

Qapıçılar: Filip Yorgensen, Maks Merrik, Robert Sançes

Müdafiəçilər: Coş Açimponq, Tosin Adarabioyo, Trevo Çaloba, Mark Kukurelya, Vesle Fofana, Malo Qusto, Yorrel Hato, Ris Ceyms

Yarımmüdafiəçilər: Fakundo Buonanotte, Enzo Fernandes, Romeo Laviya, Moyses Kaysedo, Andrey Santos, Alexandro Qarnaço, Tayrik Corc, Ceymi Qittens, Estevao

Hücumçular: Liam Delap, Mark Giu, Joao Pedro

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” oyunu saat 21:45-də başlayacaq. İlk 3 turdan sonra hər iki komandanın aktivində 6 xal var. Turnir cədvəlində “Qarabağ” 15-ci, “Çelsi” isə 13-cü pillədə qərarlaşıb.

Избранный
36
48
unikal.az

10Источники