Laçın şəhərində restoranda dava düşüb, bir nəfər həbs edilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Laçın şəhəri ərazisində yerləşən “Aynalı” restoranında baş verib.
Rayon sakini, 2002-ci il təvəllüdlü Vüqar Səfərov sərxoş vəziyyətdə uca səslə nalayiq ifadələr işlədib və orada olan Vüsal Babayevi (ad-soyad şərtidir-red.) təhqir etməklə ictimai qaydanı pozub.
Hadisəni törədən Səfərovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.