RU

Kolleclərə qəbul barədə YENİLİK


Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin təşkilatçılığı ilə “Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda tədbir keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin və aidiyyəti tabe qurumlarının nümayəndələri, orta ixtisas təhsili müəssisələrinin direktor və direktor müavinləri iştirak ediblər. Tədbirdə əvvəlcə orta ixtisas təhsili müəssisələrinə ötənilki qəbul nəticələrinə dair təqdimat nümayiş olunub.
Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman çıxışında bildirib ki, qarşıdakı dövrdə orta ixtisas təhsili müəssisələrində qəbul siyasəti əmək bazarının real tələblərinə uyğunlaşdırılacaq. Bu məqsədlə ixtisas təsnifatının optimallaşdırılması, kadr hazırlığında keyfiyyət meyarlarının gücləndirilməsi və təhsilalma formalarının çevikləşdirilməsi əsas prioritetlərdən olacaq.

Mətləb Salahov

Избранный
12
15
baki-xeber.com

10Источники