UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Qarabağ”la qarşılaşacaq İngiltərənin “Çelsi” klubu artıq Bakıya çatıb.
90deqiqe.Az-ın məlumatına görə, London təmsilçisi Azərbaycan səfərinə 23 futbolçu ilə yollanıb.
Komandanın heyətində 3 qapıçı, 8 müdafiəçi, 9 yarımmüdafiəçi və 3 hücumçu yer alıb.
“Çelsi”nin heyəti:
Qapıçılar: Filip Yorgensen, Maks Merrik, Robert Sançes
Müdafiəçilər: Coş Açimponq, Tosin Adarabioyo, Trevo Çaloba, Mark Kukurelya, Vesle Fofana, Malo Qusto, Yorrel Hato, Ris Ceyms
Yarımmüdafiəçilər: Fakundo Buonanotte, Enzo Fernandes, Romeo Laviya, Moyses Kaysedo, Andrey Santos, Alexandro Qarnaço, Tayrik Corc, Ceymi Qittens, Estevao
Hücumçular: Liam Delap, Mark Giu, Joao Pedro
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” oyunu saat 21:45-də başlayacaq.
İlk üç turun nəticəsinə əsasən, hər iki komandanın aktivində 6 xal var. Turnir cədvəlində “Qarabağ” 15-ci, “Çelsi” isə 13-cü pillədə qərarlaşıb.