AZ

“Çelsi” “Qarabağ”la oyun üçün Bakıya 23 futbolçu ilə gəlib

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Qarabağ”la qarşılaşacaq İngiltərənin “Çelsi” klubu artıq Bakıya çatıb.

90deqiqe.Az-ın məlumatına görə, London təmsilçisi Azərbaycan səfərinə 23 futbolçu ilə yollanıb.

Komandanın heyətində 3 qapıçı, 8 müdafiəçi, 9 yarımmüdafiəçi və 3 hücumçu yer alıb.

“Çelsi”nin heyəti:

Qapıçılar: Filip Yorgensen, Maks Merrik, Robert Sançes

Müdafiəçilər: Coş Açimponq, Tosin Adarabioyo, Trevo Çaloba, Mark Kukurelya, Vesle Fofana, Malo Qusto, Yorrel Hato, Ris Ceyms

Yarımmüdafiəçilər: Fakundo Buonanotte, Enzo Fernandes, Romeo Laviya, Moyses Kaysedo, Andrey Santos, Alexandro Qarnaço, Tayrik Corc, Ceymi Qittens, Estevao

Hücumçular: Liam Delap, Mark Giu, Joao Pedro

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” oyunu saat 21:45-də başlayacaq.

İlk üç turun nəticəsinə əsasən, hər iki komandanın aktivində 6 xal var. Turnir cədvəlində “Qarabağ” 15-ci, “Çelsi” isə 13-cü pillədə qərarlaşıb.

Seçilən
8
6
90deqiqe.az

10Mənbələr