RU

Yunus Oğuza TÜRKSOY tərəfindən "Onur nişanı" təqdim edilib (FOTO)

Bakı. Trend:

Yazıçı-publisist, tarixi romanlar və elmi kitablar müəllifiYunus Oğuza TÜRKSOY tərəfindən "Onur nişanı" təqdim edilib.

Trend xəbərverir ki, təqdimat mərasimi Atatürk Mərkəzində baş tutub.

Tədbirdə TÜRKSOY-un baş katibi Sultan Raev, akademik NizamiCəfərov, AYB-nin sədr müavini Elçin Hüseynbəyli, yazıçılar və medianümayəndələri iştirak ediblər.

Tədbiri giriş gözü ilə açan akademik Nizami Cəfərov bildirib ki,Yunus Oğuz ümumtürk təfəkkürü olan adamdır:

"Yunus Oğuzu əslində hər gün təbrik etmək lazımdır. Çünki onunhər gün nəsə bir əsəri, yazısı çıxır. O hər cür təltifə layiqdi. Otürk dünyasında Çingiz Aytimatov ənənəsini davam etdirən biryazıçıdır. Onun əsərləri dünyanın bir çox ölkələrində çapolunur".

Daha sonra TÜRKSOY-un baş katibi Sultan Raev çıxış edərək qeydedib ki, Yunus Oğuz türk dünyasında əsərləri ilə tanınanyazıçılardandır.

"O, əsərlərində tarixi şəxsiyyətlərimizdən bəhs edib. Bizimköklərimizə, tariximizə dayanan tarixi romanlar yazıb. OnunÖzbəkistanda da kitablarının təqdimatı olub",- deyə Sultan Raevəlavə edib.

Sonra isə TÜRKSOY-un baş katibi Sultan Raev Yunus Oğuza "Onurnişanı"nı təqdim edib.

Təqdimat mərasimi tədbir iştirakçılarının, qələm dostlarınınYunus Oğuz haqqında, yaradıcılığı barəsində çıxışları iləyekunlaşıb.

Yunus
Yunus
Yunus
Yunus
Məqalədə:
Избранный
45
2
az.trend.az

3Источники