
Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turuna yekun vurulacaq.
Turnirin ikinci oyun günündə ümumilikdə 9 qarşılaşma keçiriləcək.
Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda İngiltərənin nəhəng klubu “Çelsi”-ni qəbul edəcək.
Türkiyənin “Qalatasaray” komandası səfərdə “Ayaks”la, Qazaxıstanın “Kayrat” klubu isə İtaliyada “İnter”lə qarşılaşacaq.
UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur
5 noyabr
21:45 — “Pafos” (Kipr) – “Vilyarreal” (İspaniya)
21:45 — “Qarabağ” (Azərbaycan) – “Çelsi” (İngiltərə)
00:00 — “Ayaks” (Niderland) – “Qalatasaray” (Türkiyə)
00:00 — “Benfika” (Portuqaliya) – “Bayer” (Almaniya)
00:00 — “Brügge” (Belçika) – “Barselona” (İspaniya)
00:00 — “İnter” (İtaliya) – “Kayrat” (Qazaxıstan)
00:00 — “Mançester Siti” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya)
00:00 — “Marsel” (Fransa) – “Atalanta” (İtaliya)
00:00 — “Nyukasl” (İngiltərə) – “Atletik” (İspaniya)