RU

Ağ şəhərdə ictimai aşayışi pozanlar məsuliyyətə cəlb edildi

Paytaxtın Xətai rayonu, Ağ şəhər ərazisində ictimai asayişin qorunması, məişət səs-küyünün qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli oxu.az-a açıqlama verib.

"Tədbirlərlə 13 qanun pozuntusu aşkarlanıb və onları törədən şəxslər məsuliyyətə cəlb olunublar. Ərazidə sakinləri narahat edən hallarla bağlı tədbirlər diqqətdə saxlanılır", - C.Qənbərli qeyd edib.

Bizim.Media

Избранный
30
12
bizim.media

10Источники