RU

YUNESKO-nun Səmərqənd sessiyasında Türk Mədəniyyəti və İrsi Fondu layihələrini təqdim etdi

4 noyabr 2025-ci il tarixində Özbəkistanın Səmərqənd şəhərində YUNESKO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə türk sivilizasiyasının dərinliyini və böyüklüyünü əks etdirən unikal layihələrin təqdimatı keçirilib.

Publika.az xəbər verir ki, tədbir “Türk Dünyasına Baxış – 2040” və “TÜRKTIME” strateji sənədlərinə uyğun olaraq hazırlanmış “Türk Dünyasının Mədəni Kodu” adlı kataloqun, həmçinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və Türk Dövlət Başçılarının dəstəyi ilə Fond tərəfindən həyata keçirilən çoxcildli, çoxdilli “Türk Folklor İrsi” antologiyasının təqdimatını əhatə edib.

Təqdimatın davamında 2025-ci il noyabrın 3-də YUNESKO Baş Konfransının qətnaməsi ilə qəbul edilən “15 dekabr – Türk Dili Ailəsi Günü”nün (World Turkic Language Family Day) qeyd olunması ilə bağlı tədbir baş tutub.

Tədbirin açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova YUNESKO-ya və Özbəkistan hökumətinə göstərilən dəstəyə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, Fond tərəfindən nəşr olunan “Türk Dünyasının Mədəni Kodu” kataloqu və “Türk Folklor İrsi” antologiyasının türk dünyasının mənəvi körpüsünə çevrildiyini qeyd edib, layihələrin ərsəyə gəlməsində əməyi olan alim və mütəxəssislərə təşəkkür edib.

Tədbirdə çıxış edən Fondun “Türk Dünyasının Mədəni Kodu” kataloqunun layihə kuratoru Rüstəm Müzəffərov və Özbəkistandan tanınmış alim Jabbor Eşonqulov təqdim olunan nəşrlərin əhəmiyyətini vurğulayaraq, Türk Mədəniyyəti və İrsi Fondunun türk dünyasının mədəni irsinin qorunmasına verdiyi töhfəni yüksək qiymətləndiriblər.

Избранный
42
publika.az

1Источники