RU

Üç və daha çox uşağı olanlar 5 il tez pensiyaya çıxsın - Deputatdan təklif

Üç və daha çox uşağı olanlar 5 il tez pensiyaya çıxsın - Deputatdan təklif

"Növbəti illərdə pensiyaya güzəştli şərtlərlə çıxanların dairəsinin genişləndirilməsi istiqamətində hansı addımların nəzərdə tutulduğunun açıqlanmasını istərdim".

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

Deputat qeyd edib ki, Azərbaycanda 5 il tez pensiyaya çıxmaq güzəşti yalnız 5 və ondan artıq uşağı olan analara verilib: "Gənc ailələrdə 5 və ondan artıq uşaq çox nadir hadisədir. Təklif edirəm ki, 3 və daha çox uşağı olan ailələrin nümayəndələrinin 5 il tez güzəştlə pensiyaya çıxmasının tətbiq olunması istiqamətində qanunvericilikdə dəyişikliklər olunsun".

Избранный
13
17
afn.az

10Источники