RU

Filippində qasırğa qurbanlarının sayı 93-ə çatıb

Filippində "Kalmaegi" qasırğası nəticəsində həlak olanların sayı 93 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə "ABS-CBN News" telekanalı məlumat yayıb. Bildirilib ki, ölənlərin əksəriyyəti Sebu adasının, Qərbi və Şərqi Visayax və Neqros adasının sakinləridir.

Qeyd edək ki, fəlakətlə əlaqədar 53 yaşayış məntəqəsində fövqəladə vəziyyət rejimi elan edilib.

Избранный
13
3
yeniazerbaycan.com

4Источники