RU

İmkan vermək olmaz ki, çox böyük zəhmət hesabına yaranmış ictimai-siyasi sabitlik pozulsun



"Azərbaycan, cənab Prezidentin liderliyi ilə, böyük bir yol keçmiş, iqtisadi inkişafa güclü orduya sahib olmuş, torpaqlarını işğaldan azad etmiş, 200 illik separatizmə son qoymaqla dünya erməniliyinə, onların himayədarlarına qalib gəlmiş dövlətdir. Ölkəmizin və Prezidentimizin beynəlxalq nüfuzu hər birimizin qürur mənbəyinə çevrilmişdir".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili bildirib ki, biz, tariximizin ən güclü dövrünü yaşayırıq:

"İmkan vermək olmaz ki, çox böyük zəhmət hesabına yaranmış ictimai-siyasi sabitlik pozulsun, bəzi yerində olmayan, yaramaz məmurların biabırçı hərəkətləri, Prezidentin apardığı siyasətə kölgə salsın, milli birliyimizə xələl gəlsin. 30 illik məğlub durumumuzu, bəzi Post-sovet ölkələrindəki həll olunmamış münaqişələri, Ukraynada, İraqda, Suriyada, İranda, Livanda, Fələstində, Yəməndə, liviyada, Əfqanıstanda, Ruandada, bəzi Afrika ölkələrində və dünyanın müxtəlif yerlərində baş verən faciələri unutmamalıyıq".

Deputat qeyd edib ki, Azərbaycanın güclənməsini, müstəqil siyasətini həzm edə bilməyən güclər hər zaman olub, var, gələcəkdə də olacaq:

"Həmin qüvvələr, cəmiyyətin zəif yerlərini axtarır və onları ələ almaqla, milli birliyi parçalamaq istəyirlər. Ona görə də, hər birimizin şüurunda əvvəl dövlətçilik, daha sonra isə, digər məsələlər durmalıdır".

Süleyman
Избранный
39
1
newscenter.az

2Источники