RU

Fatih Terim Çexiya yığmasını çalışdıracaq

Türkiyəli tanınmış futbol mütəxəssisi Fatih Terim məşqçiliyə qayıdır.

90deqiqe.Az-ın məlumatına görə, 72 yaşlı “İmperator” ləqəbli mütəxəssis tezliklə Çexiya yığmasının baş məşqçisi postuna təyin olunacaq.

Tərəflər artıq ilkin razılığa gəlib və yaxın günlərdə rəsmi müqavilə imzalanacaq. Fatih Terimin özü də bu təklifi qəbul etməyə və milli komandanı çalışdırmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, Fatih Terim karyerası ərzində daha çox “Qalatasaray” və Türkiyə milli komandasındakı uğurları ilə tanınıb. Təcrübəli mütəxəssis son olaraq Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubunda çalışıb.

Избранный
33
90deqiqe.az

1Источники