Bu sözləri Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi Ramazan Əsgərli Konstitusiya və Suverenlik İli çərçivəsində keçirilən "Fərqliliyin rəngi" adlı festivalda deyib. O vurğulayıb ki, Azərbaycan öz etnik, dini və mədəni müxtəlifliyi ilə zəngin ölkədir.
"Müasir dövrdə tarixi adət-ənənə, mənəvi dəyərlər düzgün qiymətləndirilməzsə, onlar sonrakı nəsillərə düzgün ötürülə bilməz. Bu əhəmiyyətli prosesə Azərbaycan cəmiyyətində çox böyük diqqət yetirilir. Həmişə çalışırıq ki, cəmiyyətimizin birliyi və həmrəyliyi sarsılmasın, adət-ənənəmiz yaşadılaraq gələcək nəsillərə ötürülsün",- Ramazan Əsgərli söyləyib.
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта