Bakı. Trend:
“Bakı KOB evi”ndə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbirkeçirilib. Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayontəşkilatının və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin(KOBİA) ərazi partiya təşkilatının təşkilatçılığı ilə keçiriləntədbirdə millət vəkilləri, YAP rayon təşkilatının və ərazi partiyatəşkilatının, KOBİA-nın nümayəndələri iştirak ediblər.
Trend xəbərverir ki, tədbirdə Zəfər Gününə dair film nümayiş olunub, KOBİA-nınİdarə Heyətinin sədri Orxan Məmmədov, millət vəkili Hikmət Məmmədovvə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxışediblər. Çıxışlarda 44 günlük Vətən müharibəsindən, AzərbaycanRespublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevinqətiyyəti, ordumuzun şücaəti və xalqımızın birliyi nəticəsindəqazanılmış tarixi qələbədən bəhs olunub.
Tədbir çərçivəsində Vətən müharibəsində iştirak etmiş KOBİAəməkdaşlarına təşəkkürnamələr, YAP-a yeni üzv olan Agentlikəməkdaşlarına üzvlük vəsiqələri və partiyanın işində aktiv iştirakedən əməkdaşlara fəxri fərmanlar təqdim edilib.