RU

Tarixi rekord təkrarlandı

“Arsenal” rekordunu təkrarlayıb.

Msport.az xəbər verir ki, bu barədə Futbol Tarixi və Statistikaları Federasiyası məlumat yayıb.

İngiltərə klubu bütün turnirlərdə ardıcıl 8 oyunda qol buraxmadan qalib gəlib. Bu, İngiltərə Premyer Liqa təmsilçilərinin rekordunun təkrarıdır. 1889-cu ildə “Preston”, 1920-ci ildə “Liverpul”, 1903-cü ildən sonra isə “Arsenal” 8 görüşdə qol buraxmadan qalib gəlib.

Qeyd edək ki, komanda son olaraq ötən gün azərbaycanlı FIFA referisi Əliyar Ağayevin idarə etdiyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin matçında “Slaviya”nı (Çexiya) 3 cavabsız qolla üstələyib.

Избранный
18
msport.az

1Источники