RU

“Mən Ramiz Mehdiyevə villa bağışlamamışam”

“Mən Qəbələdə Ramiz Mehdiyevə nə villa, nə də başqa bir şey bağışlamışam. Boş söhbətlərdir, mən buna əhəmiyyət vermirəm. Ona görə də siz də ciddiyə almayın”.

Avtosfer.az xəbər verir ki, bunu Gununsesi.info-ya fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə Qəbələdə villa tikməsinə dair mediada yayılan iddialara münasibət bildirərkən söyləyib.

Qeyd edək ki, DTX-nin İstintaq Baş İdarəsində cinayət məsuliyyətinə cəlb olunan Ramiz Mehdiyevin yüz milyonlarla ölçülən sərvətləri haqqında məlumatlar yayılmaqdadır. Bu məlumatlar çərçivəsində onun Qəbələdəki villasından bəhs olunub. Həmin mülkün R.Mehdiyevə FHN şefi tərəfinən verildiyi iddia edilib.
 

Избранный
5
38
avtosfer.az

10Источники