RU

"Azərbaycan bizim qardaşımızdır". - Türkiyənin daxili işlər naziri (FOTOLAR)

"Azərbaycan bizim qardaşımızdır". 

Bunu "Unikal"a açıqlamasında Türkiyənin daxili işlər naziri Ali Yerlikaya deyib. 

Konya vilayətində yerləşən Selçuk Universitetində çıxış edən DİN rəhbəri bildirib ki, hazırda yeni bir dönəmin astanasındayıq: "Daxili İşlər Nazirliyi olaraq bizim bir öncəliyimiz var: Türkiyənin rahatlığı! 

Keçmişini bilməyən millət gələcəyini inşa edə bilməz. Biz artıq keçmişdən aldığımız ilhamla gələcəyi inşa etmənin mübarizəsini aparırıq. Cümhuriyyətimizin ikinci yüz ilini "Türkiyə yüz ili" missiyası ilə taclandırırıq".

Nazir narkotacirlərin həbslərindən də danışıb: "Kütləvi informasiya vasitələri üzərindən tutmuş, küçələrə qədər narkotacirlik edən şəxslərin hamısını bir-bir ələ keçiririk. Dörd gün öncənin statistikasına görə, 89 812 nəfər həbs edilib. Bu gün bu rəqəm 90 mini keçib. Onlara heç nəfəs aldırmayacağıq, gözlərinin yaşına belə baxmayacağıq. Bu mübarizə gəncliyimiz, gələcəyimiz və Vətənimiz üçündür". 

Nazirin səfəri zamanı universitetdə təhlükəsizlik tədbirləri gücləndirilib. 

Ağarza Elçinoğlu

Избранный
72
50
unikal.az

10Источники