RU

Sürücü maşını piyadaların üstünə sürüb - Çox sayda yaralılar var

Fransanın Oleron adasında sürücü maşını piyadalar və velosipedçilərin üzərinə sürüb.

Moderator.az “NDTV”ə istinadən xəbər verir ki, nəticədə 10 nəfər xəsarət alıb və onlarda 4-nün vəziyyəti ciddidir.

Hadisəni törədən 35 yaşlı şəxs polis tərəfindən saxlanılıb.

Yerli prokurorluğun bildirdiyinə görə, sözügedən şəxü Fransa hüquq-mühafizə orqanlarının izlədiyi radikal şəxslərin siyahısında olmayıb.

Onun adanın yerli sakinlərindən olduğu bildirilib və cinayəti törətmək motivinin naməlum olduğu qeyd olunub.

Detallar araşdırılır.

Избранный
26
2
moderator.az

3Источники