RU

Burhanettin Duran: "İraq və Suriyada hərbi mövcudluğun daha 3 il uzadılması olduqca əhəmiyyətlidir"

BAKI, 5 noyabr. TELEQRAF

"Prezident Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindəki Qrup Toplantısında “Terrorsuz Türkiyə",Fələstin məsələsi və “Yaşıl Vətən Səfərbərliyi” kimi bir çox mövzuda mühüm bəyanatlar verib".

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran "X" platformasında yazıb.

"Dövlətimizin bütün qurumlarının səyi ilə “Terrorsuz Türkiyə” hədəfinə addım-addım yaxınlaşırıq. Terrorun olmadığı, birlik və bərabərlik içində yüksələn bir Türkiyə əmin-amanlığın və təhlükəsizliyin yurdudur.
Bu yolda qətiyyətlə irəliləyərkən, millətimizin dəstəyi və birliyi ən böyük gücümüz olmağa davam edir. Türkiyə yalnız öz təhlükəsizliyini deyil, həm də qonşularının əmin-amanlığını, regional sabitliyi və sülhü qorumağı nəzərə alan bir dövlətdir" - deyə, B.Duran bildirib.

Onun sözlərinə görə, İraq və Suriyaya əsgər göndərmək səlahiyyətinin müddətinin 3 il uzadılmasına dair layihənin TBMM-də qəbul edilməsi son dərəcə əhəmiyyətlidir.

"Mehmetcik (Türkiyə əsgəri) harada olursa-olsun, orada sülhün, qardaşlığın və təhlükəsizliyin təminatıdır. Bir tərəfdən sərhədlərimizdə təhlükəsizliyi möhkəmləndirir, digər tərəfdən Fələstin məsələsinə dəstək verir, məzlumların yanında qətiyyətlə dayanırıq. Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) Ankarada ofis açması da daxil olmaqla bir çox razılaşma, Türkiyənin ədalət və insanlıq mübarizəsindəki qətiyyətinin yeni bir göstəricisidir"- deyə, B.Duran əlavə edib.

Избранный
54
teleqraf.com

1Источники