Sudanın Babanus şəhəri yaxınlığında hərbi-nəqliyyat təyyarəsi qəzaya düşüb.
APA xəbər verir ki, Sudan Tribune qəzetinin məlumatına görə, qəzanın səbəbi texniki nasazlıq olub. Təyyarə yük daşıma missiyasını başa vurduqdan sonra sağ qanadında qəfil nasazlıq yaranıb.
Nəticədə hava gəmisi idarəetməni itirərək alışıb və yerə çırpılıb. Qəza nəticəsində bütün ekipaj üzvləri həlak olub. Hadisə ilə bağlı araşdırma aparılır.