RU

Putin nüvə silahı ilə bağlı təlimat verdi

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvlərinə nüvə sınaqları üçün lazımi hazırlıqları görməyi tapşırıb. Metbuat.az xəbər verir ki, bu barədə Kremldən açıqlama verilib. Açıqlamaya görə, Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirib. Görüşdə Rusiya müdafiə naziri Andrey Belousov, Baş Qərargah rəisi Valeri Gerasimov, Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkin, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov iştirak ediblər. Məlumata görə, görüşün əvvəlində ABŞ-nin nüvə sınaqlarına başlamaq planları müzakirə edilib. Putin mövuz ilə bağlı çıxışında Rusiyanın Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi Müqaviləsinə sadiq qaldığını və ondan çıxmaq planının olmadığını bildirib.

O, “2023-cü ildə Federal Məclisə etdiyim müraciətdə bildirmişdim ki, əgər ABŞ və ya digər müqavilə tərəfləri nüvə sınaqları keçirərsə, Rusiya cavab verməyə məcbur olacaq. Bu kontekstdə Xarici İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə, kəşfiyyat xidmətlərinə və müvafiq mülki qurumlara bu məsələ ilə bağlı əlavə məlumat toplamağı, Təhlükəsizlik Şurası səviyyəsində təhlillər aparmağı və nüvə silahı sınaqlarına hazırlıq işlərinə başlamaq üçün təkliflər təqdim etməyi tapşırıram”, - deyə bildirib.

Избранный
22
1
metbuat.az

4Источники