RU

Bankların faiz strategiyası

“Son zamanlar hamımız şikayətlənirik ki, bank kartlarında pullar oğurlanır və sairə. Bunların hamısı onunla bağlıdır ki, onların təhlükəsizlik sistemi günün tələbinə cavab vermir. Deməli, indiyə qədər banklar belə bir strategiya tutmuşdular ki, maksimum gəlirləri kredit faizlərindən tutsunlar. Buna görə də kredit faizləri yüksək idi”.

Bu fikirləri Hit.az-a bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib. 

O bildirib ki, hazırda bankların belə yanaşması var idi ki, bütün gəliri kredit alanlardan tutsun, amma digər müştərilərə maksimum şərait yaratsın ki, gəlib onun xidmətindən istifadə etsin:

 “Yəni kartını o bankdan açsın, pulunu o bank kartından hesaba köçürsün və sairə”.

Sevinc

Избранный
82
hit.az

1Источники