İsmayıllıda 8 Noyabr "Zəfər günü"nə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən minifutbol yarışının qalibi məlum olub.
Rekord.az xəbər verir ki, yarışda şəhər 1,2,3,4,5,6,7 nömrəli, Quşencə, Talıstan və İvanovka kənd tam orta məktəblərinin komandaları iştirak edib.
Final oyununda şəhər 1 nömrəli və 5 nömrəli tam orta məktəblərin komandaları qarşılaşıb, 1 nömrəli məktəbin komandası qalib olaraq birincilik qazanıb
Beləliklə,
I yer - şəhər 1 nömrəli tam orta məktəb
II yer - şəhər 5 nömrəli tam orta məktəb
III yer - Queşncə kənd tam orta məktəb.
Xatırladaq ki, yarış İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı rayon təhsil sektoru və Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.