İranın paytaxtı Tehranda əsas içməli su mənbəyi ölkəyə təsir edən şiddətli quraqlıq səbəbindən iki həftə ərzində quruya bilər.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Tehranı içməli su ilə təmin edən beş bənddən biri olan Əmir Kəbir hazırda cəmi 14 milyon kubmetr su saxlayır - tutumunun 8 faizi.
Yerli su şirkətinin məlumatına görə, bu qədər su iki həftəyə kifayət edir.
Qeyd edək ki, Tehranın təxminən 10 milyon əhalisi var və gündəlik su istehlakı üç milyon kubmetrə çatır.