
UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununda ikinci hissı başlayıb.
Missiya.Az-ın məlumatına görə, Tofiq Bəhramov stadionunda keçirilən matçda meydan sahibləri 2:1 hesabı ilə öndədirlər.
Qarşılaşmanı avstriyadan olan FIFA referisi Sebastyan Qishamer idarə edir.
22:28
UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununda üçüncü qol vurulub.
Missiya.Az-ın məlumatına görə, Tofiq Bəhramov stadionunda keçirilən oyunda meydan sahibləri hesabda irəli çxııblar - 2:1.
39-cu dəqiqədə Marko Yankoviç penalti zərbəsindən fərqlənib.
22 :18
UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) hesab bərabərləşib.
Missiya.Az-ın məlumatına görə, Tofiq Bəhramov stadionunda keçirilən oyunda meydan sahibləri status-kvonu bərpa ediblər - 1:1.
29-cu dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.
22:11
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda turunda "Qarabağ" və "Çelsi" komandaları arasında matçda hesab açılıb.
Missiya.Az-ın məlumatına görə, qonaqların heyətində 16-cı dəqiqədə Estevao fərqlənib.