RU

Gəncə stadionunda işləyənlər “Green Service LTD”dən əmək haqlarını ala bilmirlər – VİDEO

Gəncə stadionunun inşasında podaratçı kimi iştirak etmiş “Green Service LTD”nin əməkdaşları əmək haqlarını ala bilmirlər.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, aylarla stadionun tikintisində tər tökmüş işçilər deyirlər ki, onların maaşları hər dəfə müxtəlif bəhanələrlə yubadılır.

Şikayətçilər deyirlər ki, “Green Service LTD”nin maliyyə məsələləri ilə məşğul olan nümayəndəsi Mirhüseyn Seyidli onların maaş tələbinə hər dəfə müxtəlif vədlər verir.

Biz də məsələdə adı hallanan Mirhüseyn Seyidliyə zəng etdik. O, sualımızı daha sonra cavablandıracağını bildirsə də, sonradan zənglərə cavab vermədi.

Şikayətçilər həmçinin bildirdilər ki, stadionun tikintisində çalışmış digər podaratçı şirkətlərin əməkdaşları bənzər problemlə üzləşməyiblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
8
1
nocomment.az

2Источники