RU

Tramp söz verdi: Qarşısını alacağam!

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Demokrat Zöhran Məmdaninin Nyu-York mer seçkilərində qalib gəlməsindən sonra sərt çıxış edib.

Globalinfo.az xəbər verir ki, Amerika lideri ölkədə kommunizmin yayılmasına heç vaxt imkan verməyəcəyini açıqlayıb.

“Mən prezident olduğum müddətdə Birləşmiş Ştatlar heç vaxt kommunist ölkəyə çevrilməyəcək. Biz bu cəfəngiyyata son qoyacağıq, bunu dayandıracağıq”, – Tramp Amerika Biznes Forumundakı çıxışında deyib.

Xatırladaq ki, noyabrın 4-də keçirilən seçkilərdə müsəlman siyasətçi Zöhran Məmdani Nyu-Yorkun meri seçilib. O, 2026-cı il yanvarın 1-də vəzifəsinin icrasına başlayacaq. Məmdani yaşayış dəyəri böhranı ilə mübarizəni prioritet elan edib və sosial ədalət yönümlü proqramı ilə diqqət çəkib.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
46
globalinfo.az

1Источники