RU

“Bu o demək deyil ki, hansısa kluba transfer olacağam” Video

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“İlk növbədə bütün Azərbaycan xalqını təbrik edirəm. Bərabərlik oldu, amma qələbəyə dəyər bir bərabərlik idi. Komandamız çox inkişaf edib, çox böyüyüb”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev “Çelsi” ilə UEFA Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda baş tutan matçdan sonra jurnalistlərə açıqlamasında bildirib.

“Qarabağ” artıq elə bir səviyyədədir ki, bu gün “Çelsi” üzərində qələbədən danışırıq. Düşünürəm ki, komanda olaraq çox yaxşı oyun keçirdik. Bilirdik ki, rəqib yüksək pressinqdə oynayır və oyunda bizə çətinliklər yaradırdı. Amma buna baxmayaraq, hər şeyin öhdəsindən gəldik. Şükür ki, bu gün başımızı aşağı yox, yuxarı tutduq. Döyüşdük, vuruşduq. Azarkeşlərimizə də təşəkkür edirik ki, bu gün bizi burada tək qoymadılar”, – deyə o söyləyib

Futbolçu öz çıxışı və gələcək planları barədə sualı isə belə cavablandırıb:

“Özümə güvənirdim, həmişəki kimi çox inamlı idim. Mənim üçün rəqibin kim olması fərq etmir. Əsas odur ki, çıxıb öz oyunumu göstərim. Düşünürəm, bu gün də bunu bacardım. Bu səviyyədə futbolçulara qarşı artıq bir neçə dəfə oynamışam. Yeni təkliflər barədə menecerimlə danışığımız olmayıb. Avropa klublarından maraq ola bilər, amma maraq varsa, bu o demək deyil ki, hansısa kluba transfer olacağam. Bunun reallaşması üçün menecerimlə danışıqlar aparılmalı, həm də mənim razılığım olmalıdır. Maraq olur, amma nə qədər realdır, bu barədə hələ heç nə deyə bilmərəm. Nə zamansa oturub menecerimlə bu mövzuda danışmalıyam”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
56
3
qafqazinfo.az

8Источники