RU

“Qalatasaray” Osimhenin het-triki ilə “Ayaks”a böyük hesabla qalib gəlib - VİDEO

Çempionlar Liqasının dördüncü turunda “Ayaks” (Amsterdam) və “Qalatasaray” (İstanbul) arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, matçda qonaqlar 3:0 hesabı ilə qələbə qazanıblar.

Oyun “Yohan Kroyff Arena”da (Amsterdam) baş tutub.

Viktor Osimhen 59-cu dəqiqədə hesabı açıb, 66-cı dəqiqədə penaltidən ikinci qolu vurub və 78-ci dəqiqədə yenə penaltidən het-trik edib.

Bu oyundan sonra “Ayaks” xalsız olaraq Çempionlar Liqası turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Doqquz xallı “Qalatasaray” turnir cədvəlinin ortasındadır.

Növbəti turda “Ayaks” noyabrın 25-də “Benfika”nı qəbul edəcək, “Qalatasaray” isə həmin gün evdə “Yunion”la qarşılaşacaq.

İdman.Biz

Избранный
31
1
idman.biz

2Источники