RU

“Nyukasl” “Atletik Bilbao” üzərində inamlı qələbə qazanıb - VİDEO

Çempionlar Liqasının 4-cü turunda “Nyukasl Yunayted” “Atletik Bilbao” ilə üz-üzə gəlib.

İdman.Biz bildirir ki, İngiltərədə keçirilən oyunda meydan sahibləri 2-0 hesabı ilə qalib gəliblər.

Den Börn 11-ci dəqiqədə meydan sahiblərini irəli çıxarıb, Joelinton isə 49-cu dəqiqədə fərqi iki topa çatdırıb.

Bu oyundan sonra “Nyukasl Yunayted” doqquz xal toplayıb. “Atletik Bilbao”nun isə üç xalı var.

Növbəti oyun günündə “Nyukasl” noyabrın 25-də “Marsel”lə, “Atletik” isə həmin gün “Slaviya Praqa” ilə qarşılaşacaq.

İdman.Biz

Избранный
16
1
idman.biz

2Источники