RU

ABŞ dövlət katibi Rubio 2026-cı ildə Mərkəzi Asiya ölkələrini ziyarət edəcək

BAKI, 6 noyabr. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubio gələn il Mərkəzi Asiyanın bütün ölkələrini ziyarət etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə o, ABŞ Dövlət Departamentində Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın xarici işlər nazirlərinin iştirakı ilə keçirilən qəbulda bildirib.

“Şəxsən mən gələn il bu beş ölkənin hamısını ziyarət etməyi planlaşdırıram. Bunun bir həftə və ya daha çox davam edəcəyini bilirəm”, - Rubio qeyd edib.

Dövlət katibi ABŞ biznesinin Mərkəzi Asiya bazarlarına çıxış imkanlarını genişləndirməkdə maraqlı olduğunu vurğulayıb və son on ildə Vaşinqtonun regiona kifayət qədər diqqət yetirmədiyini etiraf edib.

Rubio əlavə edib ki, ABŞ administrasiyası region ölkələri ilə həm ikitərəfli, həm də regional səviyyədə əməkdaşlığı gücləndirməyə hazırdır. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp 6 noyabrda bu ölkələrin liderləri ilə Vaşinqtonda görüş keçirəcək.

Избранный
76
teleqraf.com

1Источники