RU

Tarixi ədalətin bərpası və yeni geosiyasi reallıqların başlanğıcı - AÇIQLAMA

"8 Noyabr Zəfəri beynəlxalq miqyasda mühüm geosiyasi nəticələr doğurdu. 8 Noyabr, Azərbaycan xalqının çoxəsrlik tarixində strateji və siyasi əhəmiyyətə malik şanlı tarixi Zəfər günüdir".

Bu sözləri Beynəlxalq Dialog və İnkişaf Alyansının təsisçisi və sədri, AMEA, Tarix və Etnologiya İnstitutunun elmi işçisi, tarıx elmləri üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova QHT.az-a açıqlamasında bildirib. O, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi qələbə, torpaqlarımızın işğaldan azad edilməsi, milli birliyimizin möhkəmlənməsi, tarixi ədalətin bərpası və beynəlxalq hüququn təcəssümü ilə yaddaşlara həkk olundu:

"Azərbaycanın ərazi bütövlüyünün bərpası, son iki yüz ildə xalqımıza, millətimizə qarşı davam etdirilən ədalətsizliklərin və yad siyasətlərin sonu kimi qiymətləndirilməlidir. Bu ədalətsizliyin köklərini isə XIX əsrdən etibarən bölgədə baş verən geosiyasi proseslərdə və imperiya siyasətinin məqsədyönlü etnodemosiyasi dəyişikliklərində axtarmaq lazımdır. Xüsusilə, XVIII əsrin sonu XIX əsrin əvvəllərindən etibarən Cənubi Qafqaz regionu böyük dövlətlərin maraq dairəsinə çevrildi. Rusiya imperiyasının işğal siyasəti nəticəsində bölgənin etnik tərkibi süni şəkildə dəyişdirildi, Azərbaycan torpaqlarında köklü əhali sıxışdırıldı ki bu da gələcəkdə münaqişə ocaqlarının yaranmasına zəmin hazırladı. Bu gün Risiya Dövlət Tarix Arxivi və Rusiya Hərbi Dəniz Donanması Arxivlərinin fondlarında saxlanılan saysız tarixi sənədlər, həmçinin həmin dövrdə nəşr olunan mənbələr göstərir ki, XIX əsrin birinci yarısında Rusiya imperiyası ilə İran və Osmanlı arasında imzalanmış 1828-ci il Türkmənçay müqaviləsi və 1829-cu il Ədirnə müqaviləsi regionun siyasi və demoqrafik mənzərəsini köklü şəkildə dəyişdirmişdir. Həmin arxivlərdə saxlanılan sənədlər göstərir ki, bu müqavilələrdən sonra minlərlə erməni əhalisi İran və Osmanlı ərazilərindən Azərbaycan torpaqlarına köçürülmüşdür. (Rusiya Dövlət Tarix Arxivi (RGIA), siyahı 45, fond 123, siyahı 45: Rusiya Hərbi Dəniz Donanması Arxivi (RGVMD), fond 89, siyahı 3) Erməni köçürülmələr həm imperiya administrasiyası tərəfindən təşviq edilmiş, həm də müəyyən iqtisadi və hərbi məqsədlərlə dəstəklənmişdir".
 

Избранный
32
qht.az

1Источники