RU

Qlobal Cənub QHT Platformasının üzvləri Sosial Sammitdə iştirak edirlər - FOTOLAR

Qlobal Cənub QHT Platformasının üzv təşkilatları Sosial Sammit çərçivəsində keçirilən Vətəndaş Cəmiyyəti Forumunda iştirak edirlər.

QHT.az xəbər verir ki, bu barədə məlumatı "Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini, “Sosial İnkişaf” Beynəlxalq QHT Koalisiyasının İdarə Heyətinin üzvü Nadimə Rəhimli bildirib. Onun sözlərinə görə, Sosial İnkişaf üzrə 2-ci Dünya Sammiti çərçivəsində Vətəndaş Cəmiyyəti Forumu bu gün işə başlayıb:

"BMT-nin Baş Katibinin müavini xanım Amina Mohammed, BMT-nin İqtisadi və Sosial Şurasının prezidenti Lok Bahadur Thapa, BMT-nin 80-ci sessiyasının Prezidenti xanım Annalena Baerbockun iştirakı ilə baş tutan Forumun açılış mərasimində ölkələrin sosial inkişafında, eləcə də Qətərdə qəbul olunan Doha deklarasiyasının icrasına nəzarətdə Vətəndaş Cəmiyyəti təşkilatlarının rolu xüsusi vurğulandı".

Qeyd edək ki, Forumda bu il Bakıda əsası qoyulan Qlobal Cənub QHT Platformasının müxtəlif ölkələrindən olan 10-dan çox üzvü aktiv iştirak edirlər.

 

Pərvanə Fərhadqızı

Избранный
59
qht.az

1Источники