RU

“Bu cür qollar buraxmaq axmaqlıqdır”

ain.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Düşünürəm ki, oyuna düzgün şəkildə başladıq. Matça nəzarət bizdə idi, amma birinci qolu buraxandan sonra 4-5 dəqiqə içində ikinci qolu da öz qapımızda gördük”.

QOL. az-ın xəbərinə görə, bu sözləri “Çelsi”nin baş məşqçisi Enzo Mareska “Qarabağ”la UEFA Çempionlar Liqası matçından (2:2) sonra keçirilən mətbuat konfransında bildirib.

O deyib ki, komandası ikinci hissədə xeyli yaxşı oynayıb.

45 yaşlı italiyalı mütəxəssis etdiyi rotasiyalar barədə də danışıb: “Bunu artıq bir neçə dəfə izah etməyə çalışmışam. Məqsəd Moisesi, Enzonu, Malonu və digər bəzi oyunçuları dincəltmək idi. Onlar hər üç gündən bir oynaya bilməzlər. Klublararası dünya çempionatı bizə çox təsir etdi. Rotasiyanı sınadıq. Qalib gələndə bunu heç kim qeyd etmir, amma uduzanda hamı bunun üzərində dayanır”.

Mareska “Qarabağ” haqda isə deyib: “Onlar yaxşı komandadır. Möhtəşəm işlər görürlər. “Qarabağ”a qarşı oynamaq çətin idi”. O, stadionda yaxşı atmosfer olduğunu da deyib.

O, komandasının səhvləri haqda da danışıb: “Bu gün əsas fərq cərimə meydançasında idi. Bu cür qollar buraxmaq axmaqlıqdır. Rəqibin cərimə meydançasında biz kifayət qədər dəqiq deyildik. Mənim üçün əsas fərq budur”.

“Çelsi” top itkisi haqqında baş məşqçi belə deyib:

“Mən “Çelsi”də top saxlamaqda problem görmürəm. “Qarabağ” yaxşı pressinq edir, amma bizim də çoxlu qol imkanlarımız oldu”.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
4
azpost.info

5Источники