RU

AYİB Azərbaycanda gənc sahibkarlara dəstək məqsədilə kreditin ayrılması imkanını nəzərdən keçirir

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Cənubi QafqazdaGənclər Biznesdə” (Youth in Business for Caucasus) proqramıçərçivəsində Azərbaycanda gənc sahibkarlara məxsus və ya onlartərəfindən idarə olunan mikro, kiçik və orta biznesi dəstəkləməkməqsədilə 20 milyon dollara qədər həcmdə əsas kreditin ayrılmasıimkanını nəzərdən keçirir.

Trend Bankaistinadən xəbər verir ki, ilkin məlumata görə, kredit “AccessBank”aiki bərabər tranşla təqdim olunacaq. Hər bir tranşın müddəti üç ilolacaq, o cümlədən bir illik güzəşt dövrü nəzərdə tutulur, dahasonra isə bərabər altıaylıq ödənişlər həyata keçiriləcək. İkincitranşın ayrılması ilə bağlı yekun qərar AYİB rəhbərliyinə həvaləediləcək.

Layihə təsdiqlənəcəyi təqdirdə, onun məqsədi gənclərə məxsusMKOB-lərin kreditləşmə həcmini artırmaq, institusional potensialıgücləndirmək, həmçinin Azərbaycanda gənc sahibkar və menecerlərəbilik və bacarıqların ötürülməsinə töhfə verməkdir.

Təşəbbüs həmçinin Qafqaz regionu üçün innovativ alətlərintətbiqini nəzərdə tutur – nəticələrə əsaslanan mükafat mexanizmi(Result-Based Compensation, RBC) və ilkin zərərin qarşılanmasımexanizmi (First Loss Risk Cover, FLRC). Bu alətlər tərəfdaş bankdagənclərin kreditləşmə infrastrukturunun inkişafına, eləcə də gəncborcalanlara daha əlverişli şərtlərin – faiz dərəcələrininazaldılması və girov tələblərinin yumşaldılmasının – təminedilməsinə xidmət edir.

Ümumilikdə, layihə inklüziv maliyyələşdirmənin inkişafına vəAzərbaycandakı aşağı gəlirli gənc sahibkarlar seqmentininehtiyaclarının daha dərindən öyrənilməsinə yönəlib.

Избранный
58
2
az.trend.az

3Источники