RU

Üç ayda Ermənistana 132 vaqon buğda göndəriləcək

2026-cı ilin yanvar ayının sonuna qədər 132 dəmir yolu vaqonu ilə dolu Rusiya buğdası Azərbaycan və Gürcüstan üzərindən Ermənistana çatacaq.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi "Telegram" kanalında məlumat yayıb. 

Bildirilir ki, ilk partiya, 1000 tondan çox taxıl, Ulyanovsk vilayətindəki Dimitrovqrad stansiyasından göndərilib. Yük daşınması Rusiya Dəmir Yolları şirkəti tərəfindən təşkil edilib. Taxılla yüklənmiş 15 vaqonlu qatar Azərbaycandan keçərək Gürcüstan-Ermənistan sərhədini keçib və Cənubi Qafqaz Dəmir Yolunun Dalarik stansiyasına yola düşüb.

Nazirlik qeyd edib ki, yeni logistika marşrutunun təşkili Azərbaycan üzərindən Ermənistana yük tranzitinin bərpasından sonra mümkün olub. Bu, 1990-cı illərdən bəri ilk belə yük daşınmasıdır.

Buğda ilə yanaşı, digər yük kateqoriyalarının da çatdırılması müzakirə olunur.

Xatırladaq ki, gecə saatlarında Rusiya buğdası ilə yüklənmiş ilk qatar (15 vaqon) Azərbaycan və Gürcüstan ərazisindən keçərək Ermənistana çatıb.

Ağarza Elçinoğlu

Избранный
51
7
unikal.az

10Источники