RU

Bu qurumun rəhbərliyinə cinayət işi açıldı

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Kənd Təsərrüfatı Yanında Aqrar Xidmətlər Agentliyinin Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin vəzifəli şəxslərinə cinayət işi açılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Mərkəzin rəhbər şəxsləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumatlar araşdırılıb.

Araşdırma nəticəsində vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə), 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə işin başlanmasına qərar verilib.

İstintaq tədbirləri davam etdirilir.

Aslan Vəliyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
21
qafqazinfo.az

10Источники