Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Meksika prezidenti Klaudiya Şeinbaum Meksikonun mərkəzində gəzinti zamanı bir kişinin ona qarşı nalayiq hərəkətlər etdiyinə görə polisə müraciət edib.
KONKRET.az xəbər verir ki, həmin şəxs prezidenti öpməyə və əllərini onun sinəsinə qoymağa cəhd göstərib. Qanun pozucusunun paytaxt sakini və sərxoş olduğu müəyyənləşdirilib.
“Əgər bu, prezidentlə baş verirsə, bəs ölkəmizin gənc qadınlarının vəziyyəti necədir? Heç bir kişi qadının şəxsi sərhədlərini pozmaq hüququna malik deyil,” – deyə Şeinbaum bildirib və mühafizəsini gücləndirmək niyyətində olmadığını vurğulayıb.
Hadisədən sonra o, Qadın məsələləri üzrə Nazirliyə ölkənin bütün ştatlarında seksual təcavüzün cinayət hesab olunması üçün təşəbbüs göstərməyi tapşırıb. Hazırda bu norma yalnız bölgələrin yarısında qüvvədədir.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.