RU

Rusiyanın Kostroma vilayətindəki elektrik stansiyasına PUA hücumu olub

Rusiyanın Kostroma vilayətinin Volqoreçensk şəhərində yerləşən Kostroma İstilik Elektrik Stansiyasına (İES) gecə saatlarında PUA hücumu olub.

APA xəbər verir ki, yerli mənbələr müəssisə ərazisində partlayış və yanğın baş verdiyini bildiriblər.

Vilayətin qubernatoru Sergey Sitnikov enerji təsərrüfatı obyektlərinə hücumun hava hücumundan müdafiə sistemi tərəfindən dəf edildiyini, bir neçə “partlayış səsi” eşidildiyini deyib. Onun sözlərinə görə, elektrik təchizatında fasilə yaranmayıb.

Bununla belə, müstəqil mənbələr elektrik avadanlıqlarının ciddi zədələnməsi barədə məlumat yayıblar. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə stansiya ərazisində güclü yanğın müşahidə olunur.

Избранный
83
2
apa.az

3Источники