ain.az, Unikal.az portalına istinadən məlumat verir.
Rusiyanın Xabarovsk şəhərində sərnişin avtobusu qatarla toqquşub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, sərnişin avtobusu işıqforun qırmızı işığında keçərək qatarla toqquşub.
"Nəticədə avtobus aşıb, 7 nəfər və sürücü xəsarət alıb. Sərnişinlər xəstəxanaya yerləşdiriliblər. Sürücü isə əzilmiş avtobusda sıxılmış vəziyyətdə qalıb, xilasedicilər onu oradan çıxarmağa çalışır", - KİV qeyd edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.