RU

Tokayev Vaşinqtona getdi: Trampla görüşəcək

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Vaşinqtonda səfərdədir. O, ABŞ prezidenti Donald Trampla danışıqlar aparmağı və Mərkəzi Asiya-ABŞ sammitində iştirak etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Tokayevi hava limanında ABŞ dövlət katibinin müavini Kristofer Landau qarşılayıb. Trampla danışıqlar sabaha planlaşdırılıb.

Tokayev bundan əvvəl Finlandiya prezidenti Aleksandr Stubb ilə görüşüb, burada tərəflər Ukraynadakı vəziyyəti müzakirə edib və nüvə enerjisindən dinc məqsədlərlə istifadə üzrə əməkdaşlığa dair memorandum imzalayıblar.

Bundan başqa, Qazaxıstan lideri noyabrın 12-də Rusiyaya səfər etməyi planlaşdırır. O, artıq Vladimir Putinlə səfərə hazırlığı müzakirə edib.

Избранный
14
publika.az

1Источники