RU

Bakıda Zəfər yürüşləri başlandı

Zəfər Gününün beşinci ildönümünün qeyd olunması münasibətilə bu gün Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə üç yürüş təşkil olunub.

Adalet.az xəbər verir ki, hazırda Şəhidlər xiyabanı, Q.Musabəyov parkı və "Olimpik Star" İdman və Əyləncə Mərkəzinin yanından yürüşlərə başlanılıb.

Şəhidlər xiyabanından başlanan yürüş "Alov Qüllələri" Kompleksi - metronun "İçərişəhər" stansiyası - Qoşa qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi istiqamətində davam edib, Bəhram Gur heykəlinin yanında başa çatacaq.

Q.Musabəyov parkından başlanan yürüş isə Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti istiqamətində davam edib, Şəhidlər xiyabanında başa çatacaq.

"Olimpik Star" İdman və Əyləncə Mərkəzinin yanından başlanan yürüş Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İ.Nəsimi heykəli istiqamətində davam edib, Neftçilər prospektində başa çatacaq.
 

Избранный
18
2
adalet.az

10Источники