Tovuzda oğurluq edən şəxslər tutulub.
NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakininə məxsus bir baş iri buynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini , 30 yaşlı N. Hüseynov və Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş, 39 yaşlı S. İsmayılov saxlanılıb.
Araşdırmalarla onların Daşkəsən rayonunda da anoloji cinayətlər törədərək daha 5 nəfərə məxsus heyvanı oğurlaması məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.