RU

Luvr soyğunu ilə bağlı yeni xəbər var - Oğrulardan biri youtuber imiş

Parisin məşhur Louvre Muzeyində baş verən "əsrin soygunu" ilə bağlı araşdırmalar davam edir. Fransız mətbuatına görə, dörd nəfərdən biri, internet dünyasında tanınmış bir simadır.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, 19 oktyabr tarixində Louvre-un məşhur Apollon Qalereyasına daxil olan soyğunda, Fransa Krallığının tacına aid 8 qiymətli zinət əşyası oğurlanmış, ümumi dəyəri 88 milyon avro olan xəzinə isə iz buraxmadan yoxa çıxmışdı.

Hadisə "imkansız soyğun" kimi qiymətləndirildiyindən, Fransız polisi genişmiqyaslı araşdırma başlatmışdı.

Bu günə qədər dörd şəxs "cinayətkar birliyin tərkibində olmaq və təşkilatlanmış oğurluq" ittihamları ilə saxlanılıb. Lakin saxlanılanlardan biri, cəmiyyətdə böyük təəccüb doğurub: 39 yaşlı Abdoulaye, sosial mediada “Doudou Cross Bitume” kimi tanınan sabiq YouTuber-dir.

Soyğunun detallarını araşdıran ekspertlər, hadisənin necə həyata keçirildiyini hələ də tam açıqlamayıblar. Lakin, bu olayın həm Fransa, həm də dünya mediasında böyük maraqla izlənməsi, cinayətkarların məqsədli şəkildə hazırladığı "peşəkar" bir planın nəticəsi olaraq qiymətləndirilir.

Избранный
39
manset.az

1Источники